Məşhur türkiyəli aktyor Burak Özçivit həbs oluna bilər.
O, bir neçə nəfəri təhqir etməkdə ittiham olunur.

Belə ki, Özçivitdən “Kuruluş: Osman” serialında rol alan həmkarları şikayətçi olub. Onların sözlərinə görə, çəkilişlər zamanı artist aqressiv olub, bir neçə dəfə özündən çıxıb, qeyri-etik ifadələr işlədib və hədələyib. Yaradıcı heyətin bir neçə üzvü insidentin şahidi olub.

İttiham aktı əsasında Özçiviti 3 aydan 4 ilədək həbs cəzası gözləyir. Sənəd Beykoz rayon məhkəməsinə göndərilib. Dinləmələr yaxın günlərdə başlayacaq.