
Bu il Azərbaycanda sahibkarlıq subyektlərinə 150 milyon manat ətrafında güzəştli kreditlərin verilməsi proqnozlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sahibkarlığın İnkişaf Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev SİF-ın 2022-ci ilin nəticələrinə dair mətbuat konfransında deyib.
“Bu məbləğ daxil olan müraciətlərin sayından asılı olaraq dəyişə bilər” , – deyə O.Xaliyev bildirib.
Onun sözlərinə görə, ötən il SİF tərəfindən ümumi dəyəri 399,4 milyon manat olan 2 726 investisiya layihəsinin maliyyələşdirilməsinə 145,9 milyon manat güzəştli kredit verilib.
Bu kreditlər hesabına 3000-dən çox yeni iş yerinin açılması imkanı yaranıb. Verilmiş kreditlərin 59,8 %-i kənd təsərrüfatı, 23,9 %-i sənaye məhsullarının istehsalı və emalı, 6,5 %-i turizm, 9,9 %-i isə digər (təhsil, tibb və s.) sahələrin inkişafına yönəldilib. Güzəştli kreditlərin 70,6 %-i regionların, 29,4 %-i isə Bakı şəhəri və Abşeronun payına düşür.
“2021-ci ildə isə güzəştli kreditlərin məbləği 287,7 milyon manat, layihə sayı isə 1902 olub.