Norveç paytaxtı Oslonın səlahiyyətliləri şəhərin bütün rayonlarında koronavirusun yayılma səviyyəsinin ən yüksək – “qırmızı” həddə çatmasından sonar infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini sərtləşdirməyə qərar verib.

Bu barədə “Dagens Nyheter” qəzeti məlumat yayıb.

Qeyd olunub ki, Osloda son üç həftə ərzində həftəlik qeydə alınan koronavirusa yoluxma hallarının sayı 113 nəfərdən 306 nəfərə yüksəlib. İndi şəhərin bütün ərazisi Norveçin İctimai Səhiyyə İnstitutunun interaktiv xəritəsində qırmızı rəngə boyanıb.

İstinadlar Report