
Yaponiyanın Osaka prefekturasında 14 mərtəbəli yaşayış kompleksində yanğın baş verib.
Yanğın günorta saatlarında binanın dördüncü mərtəbəsində baş verib və tüstü sürətlə yuxarı mərtəbələrə keçib.
Hadisə nəticəsində 35 nəfərin yaralandığı qeyd edilir. Onlar xəstəxanaya çatdırılıb. Yaralananlardan birinin vəziyyəti ağırdır. Evin qalan sakinləri təxliyə edilib.
Qurumdan verilən məlumata görə, hadisə yerinə 38 yanğınsöndürən maşın göndərilib, yanğın dörd saatdan sonra nəzarətə götürülüb.