Naxçıvanın “yaşıl enerji” konsepsiyası yaxın həftələrdə hazır olacaq.
Bunu energetika nazirinin müavini Orxan Zeynalov bu gün Bakıda keçirilən “Dayanıqlı Ətraf Mühit: Yaşıl Enerjiyə Keçid” mövzusunda Beynəlxalq Elmi Konfransda bildirib.
“Naxçıvan-Azərbaycan-Türkiyə yaşıl enerji dəhlizi üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına start verilib və Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracı ilə bağlı model hazırlanır. Texniki-iqtisadi əsaslandırmada ikinci variant kimi yalnız Naxçıvan deyil, həm də Cəbrayıl enerji qovşağının Naxçıvana və Türkiyəyə birləşdirilməsi ssenarisi nəzərdən keçirilir”, – deyə O. Zeynalov bildirib.