“Azad edilmiş ərazilərdə yaradılan “Ağıllı kəndlər”də yeni “ağıllı” icma əsaslı kənd təsərrüfatının inkişaf etdirilməsi prioritetlərdən biridir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən II Arobiznes Forumunda çıxışı zamanı deyib.
O.Məmmədovun sözlərinə görə, KOBİA kənd yerlərində yaşayan gənc fermerlərə dəstək üçün Aqrar Kredit və İnkişaf Agentliyi ilə əməkdaşlıq edir.
O, əlavə edib ki, KOBİA bir sıra başqa sahələrdə də KOB-lara dəstək verir: “Bura yerli bazarın araşdırılması, startap şəhadətnaməsinin verilməsi, KOB-lara müxtəlif səviyyəli dəstəklərin verilməsi və başqa bu kimi tədbirlər daxildir”.