Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin 4 milyon kilometrdən çox ümumi ərazisi, 160 milyon nəfərdən çox əhalisi, eyni zamanda 1,2 trilyon ABŞ dollarına yaxın ÜDM-in olmasına baxmayaraq ölkələr arasında iqtisadi əlaqələr, o cümlədən ticarət dövriyyəsinin həcmi mövcud potensialı əks etdirmir.

Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən 2-ci Türk Dövlətləri Aqro Biznes Forumunda deyib.

İstinadlar Report