Halal biznes təcrübələri ilə Azərbaycanın zəngin tarixi və mədəni irsi arasındakı sinerji ölkəni regional halal sənayesi üçün potensial bir mərkəz kimi mövqeləndirir.

Bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov Bakıda keçirilən Halal Biznes və Turizm Forumunda (AZHAB Forum) deyib.

“Birinci AZHUB Forumu, iqtisadiyyatlarımızı daha da gücləndirmək və halal sənayesinin təqdim etdiyi imkanlardan yararlanmaq məqsədi ilə daha geniş regionda əməkdaşlığı təşviq etməyə yönəlmiş növbəti təşəbbüsdür. Burada innovasiya, əməkdaşlıq və inkişaf bir araya gələrək bizim ortaq halal yolumuzu daha yüksək səviyyəyə qaldıracaq”, – deyə o qeyd edib

İstinadlar Report