Bakının Suraxanı rayonu ərazisində oğurluq baş verib.  

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.  

Qeyd olunub ki, Suraxanı RPİ 30-cu PŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dədə Qorqud qəsəbəsində yerləşən orta məktəblərin birindən 2 ədəd noutbuk, 2 ədəd monitor və 5 ədəd elektrik tənzimləyici oğurlamaqda şübhəli bilinən qəsəbə sakini C.Qənbərov saxlanılıb.

İstinadlar Qafqazinfo