Rusiyanın Volqayanı Federal Dairəsinin Orenburq yaxınlığındakı Ural çayında suyun səviyyəsi artmaqda davam edir.

Bu barədə Orenburq şəhərinin rəhbərinin birinci müavini Aleksey Kudinov məlumat verib. Onun sözlərinə görə, suyun səviyyəsi bir metri keçib.

“Suyun səviyyəsi qalxır və indi biz 1120 sm səviyyəni görürük. Faktiki bir gecədə daha 900 təsərrüfat sahəsi və 361 ev su altında qalıb”, – o qeyd edib.

İstinadlar Report