Azərbaycan Ordusunun hərbi qulluqçusu əsgər Mirzəzadə Nurəddin Burhan oğlu ehtiyatsızlıqdan baş vermiş bədbəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, faktla bağlı araşdırma aparılır: “Hərbi qulluqçunun ailəsinə, yaxınlarına dərin hüznlə başsağlığı verir və səbir diləyirik. Allah rəhmət eləsin!”