Naxçıvan Muxtar Respublikasının Ordubad rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Dəstə kəndi ərazisində qeydə alınıb.

Belə ki, 69-BF-289 dövlət nömrə nişanlı “Hyundai” markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və aşıb.

Hadisə zamanı Ordubad rayon Qoşadizə kənd sakinləri – 1989-cu il təvəlüdlü Tağıyev Tural Bəşir oğlu, həyat yoldaşı Tağıyeva Əsmər Baxışəli qızı, övladları – 2016-cı il təvəllüdlü Tağıyev Vüqar Tural oğlu və Tağıyeva Səma Tural qızı xəsarət alıblar.

Onlar Naxçıvan MR Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.

İstinadlar Qafqazinfo