Naxçıvanda dayısının qatilini qətlə yetirməkdə təqsirləndirilən Bəxtiyar Rəsulovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Təqsirləndirilən şəxs barəsində toplanan cinayət işi materialları baxılması üçün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Faiq Heydərovun icraatında olan cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib. Məhkəmə baxışı oktaybrın 22-ə təyin edilib.
Qeyd edək ki, hadisə il bu il Ordubanın Unus kəndində qeydə alınıb.
1974-cü il təvəllüdlü Tağıyev İbrahim Əsədulla oğluna bıçaq xəsarəti qətlə yetirilib. Onun qətlində təqsirli bilinən həmkəndlisi, 1976-cı il təvəllüdlü Rəsulov Bəxtiyar Sərdar oğlu həbs olunub.