Naxçıvan Muxtar Respublikasının Ordubad, Babək və Şərur rayonlarında yanğınlar olub.
“Report”un yerli bürosunun məlumarına görə, Muxtar Respublikanın Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” “qaynar xətt”inə Ordubad rayonun Dəstə, Babək rayonun Şıxmahmud, Şərur rayonun Məmmədsabir kəndlərində həyətyanı sahələrdə, Şərur rayonun Zeyvə kəndində isə qəbirstanlıqda və ona yaxın həyatyanı sahədə yanğınların baş verməsi barədə informasiyalar daxil olub.
Məlumatlarla əlaqədar Ordubad, Şərur və Babək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin yanğından mühafizə bölmələri çağırış üzrə hadisə yerinə cəlb olunublar.