Rusiyanın Azərbaycanla sərhədinin beynəlxalq hüquqi qeydiyyatı hələ başa çatdırılmayıb.

Bunu Rusiya Federal Təhlükəsizlik Xidməti direktorunun birinci müavini – Sərhəd Xidmətinin rəhbəri, ordu generalı Vladimir Kulişov deyib.

Kulişovun sözlərinə görə, Ukrayna, Qazaxıstan və ABŞ ilə dövlət sərhədinin beynəlxalq hüquqi qeydiyyatı üzrə işlər də yekunlaşmayıb.

O, qeyd edib ki, Rusiyanın heç bir qonşu dövlətə ərazi iddiası yoxdur.