
Donald Tramp ABŞ Prezidenti olaraq qalsaydı, Rusiya-Ukrayna müharibəsi baş verməzdi.
Bu barədə Macarıstanın Baş naziri Viktor Orban “Kossuth Radiosu”na müsahibəsində danışıb.
O, ABŞ Prezidenti Cozef Bayden hakimiyyəti dövrünü Macarıstan-ABŞ münasibətləri üçün çətin dövr kimi xarakterizə edib. Baş nazir 2020-ci ildə ABŞ-ə keçirilən Prezident seçkilərinə toxunaraq vurğulayıb ki, əgər Qərb demokratiyasında saxtakarlıq baş verməsəydi, Donald Tramp prezident olaraq qalacaqdı: “Nəticə etibarilə bu gün Rusiya-Ukrayna müharibəsi yaşanmazdı”.
V.Orban demokratlar və respublikaçılar arasındakı ideoloji fərqi vurğulayaraq qeyd edib: “Demokratlar qlobalistlərdir, respublikaçılar isə milli təməllər üzərində dayanır”. Baş nazir demokratların öz gündəliklərini Corc Sorosla əlaqəli şəbəkələr vasitəsilə həyata keçirdiyini və bu təsirin Brüsseldə də dərin kök saldığını bildirib.