Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen və Avropa Parlamentində Avropa Xalq Partiyası (AXP) fraksiyasının rəhbəri Manfred Veber Macarıstanın qanuni hökumətini devirmək və onu marionet hökumətlə əvəz etmək niyyətindədirlər.
Bunu Macarıstanın Baş naziri Viktor Orban “Kossuth” radiostansiyasının efirində iddia edib.
“Avropa Komissiyasının sədri Ursula fon der Leyen və Avropa Xalq Partiyasının lideri Manfred Veber suveren Macarıstan hökumətini devirmək və onu Brüssel üslublu administrasiya ilə əvəz etməyə çalışırlar”, – Orban bildirib.
Baş nazirin fərziyyəsinə görə, AK sədri onu müxalifətçi “Demokratik Koalisiya” partiyasının üzvü Klara Dobrevlə əvəz etmək istəyir, AXP rəhbəri isə Macarıstan hökumətinin başında müxalifətçi “Tisa” partiyasının lideri Peter Madyarı görmək istəyir.