“Lap tutaq ki, həmin yerdə  YAP aksiya keçirmək istəyəcək, bəyəm qanun onlara icazə verəcək ki?!”

Bunu deputat Tahir Kərimli Milli Məclisin bu gün keçirilən plenar iclasında 19 oktyabr mitinqinə münasibət bildirərkən deyib.

O bildirib ki, dərhal  Əli Kərimli mitinqdən sonra Sevinc Osmanqızının verilişinə çıxır və deyir ki, onu 10 minlərlə adamlar dəstəkləyir:

“Axı bu 10 minlərlə adamı hardan tapdız? Bu yalanlara inanmaqda nə əldə edirsiniz?  Bu 19 oktyabrdan nə əldə etdilər? Əvvəlcədən onlara xəbərdarlıq olunub ki, etməyin. Lap tutaq ki, həmin yerdə  YAP aksiya keçirmək istəyəcək, bəyəm qanun onlara icazə verəcək ki?! Axı qanunda göstərilib ki, milli təhlükəsizlik üçün  müəyyən yerlərdə aksiyaların keçirilməsinə məhdudiyyətlər qoyulub. Qanunsuz da olsa ortaya çıxdı ki, xariclə əlaqəlidir. Bu onlara böyük bir dərsdir”.

 

İstinadlar Qafqazinfo