Xəbər verdiyimiz kimi, Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, hadisə nəticəsində 1 nəfər vəfat edib, 2 xanım xəsarət alıb.

Məlumata görə, Hadisə “Vaz” dairəsindən Saray qəsəbəsinə gedən yolda baş verib.

Faktla bağlı araşdırma aparılır.

İstinadlar Qafqazinfo