“IHS Markit” analitik şirkəti cari ilin ikinci rübü üçün ən böyük smartfon tədarükçülərinin reytinqini təqdim edib. Siyahıya görə, ABŞ-ın “Apple” texnoloji korporasiyası ilk üçlüyü tərk edərək dördüncü mövqedə qərarlaşıb.

2019-cu ilin ikinci rübünün yekunlarına görə, “Apple” smartfonlarının satışı Çinin “Oppo” şirkətindən geri qalıb. Belə ki, 35,3 milyon “iPhone” satan “Apple” bazarın 11 faizinə sahib çıxıb.

Reytinqin üçüncü pilləsində qərarlaşan “Oppo” şirkəti hesabat dövründə 36,2 milyon smartfon satıb. Şirkətin smartfonlar bazarında payı isə 11 faizə bərabərdir.

Siyahının ikinci mövqeyində ikinci rübdə 58,7 milyon qurğu tədarük etməklə bazarın 18 faizinə nəzarət edən Çinin “Huawei” texnoloji nəhəngi yer alıb. Lakin şirkət ABŞ və Çin arasında “ticarət müharibəsi”ndən ciddi ziyan çəkdiyinə görə növbəti rübdə mövqeyini itirə bilər.

Reytinqdə lider rübün yekunlarına görə, 75,1 milyon smartfon tədarük edən Cənubi Koreyanın “Samsung” elektronika istehsalçısı olaraq qalır. Uğurlu rüblük satışı nəticəsində “Samsung”un dünya smartfonlar bazarında payı 23 faiz təşkil edib.

Oxumağa dəyər:   İngilis dilində "ilin ifadəsi" açıqlanıb

Nizam Nuriyev

İstinadlar ict news