OPEC+ ölkələri bu gün Rusiyadan xam neftin ixracına qoyulan qadağanın gözlənilən nəticələri və Rusiya neftinin qiymətlərinə mümkün limit qoyulması ilə əlaqədar neft hasilatının kəskin azaldılması ilə bağlı razılığa gələ bilərlər.

Səudiyyə Ərəbistanı və Rusiyanın başçılıq etdiyi 23 neft hasil edən ölkədən ibarət OPEC+ hasilat siyasətinin növbəti mərhələsi ilə bağlı qərar vermək üçün bazar günü bir araya gələcək.

“Rystad” enerji konsaltinq şirkətinin təhlillər üzrə baş vitse-prezidenti Klaudio Qalimberti bildirib ki, OPEC+ son bir neçə gündə, xüsusən də Çində zəif tələb səbəbindən neft hasilatının azaldılmasını nəzərdən keçirir.

İstinadlar Report