OPEC+ sazişində iştirak edən ölkələr iyunun 1-də keçiriləcək nazirlərin görüşündə dünya neft bazarındakı mövcud vəziyyəti müzakirə edəcəklər.

Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“İyunun 1-də görüşümüz olacaq. Belə görüşlərdə bazardakı mövcud vəziyyəti müzakirə edirik”, – o deyib.

Eyni zamanda, Novak könüllü neft hasilatının azaldılmasının bəzi alyans ölkələri tərəfindən nəzərdən keçirilib-keçirilməməsi ilə bağlı suala cavab verməkdən imtina edib.

İstinadlar Report