“OPEC+” ölkələri qlobal neft hasilatının yenidən azaldılması imkanlarını müzakirə edir.

Söhbət gündəlik 1-2 milyon barel azalmadan gedir.

Doğrudur, bununla bağlı razılaşmaların əldə edilməsinə zəmanət yoxdur və bu fikir Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) daxilində müqavimətlə qarşılaşır.

Qeyd edilib ki, dünyanın ən böyük neft istehsalçısı olan Səudiyyə Ərəbistanı hasilatın azaldılmasının tərəfdarıdır. Amma Afrikanın ən böyük neft istehsalçıları – Nigeriya və Anqola hasilatla bağlı fərdi kvotalarının azaldılmasına qarşı çıxır. Bu ölkələr hesab edir ki, OPEC neft hasilatına dair imkanlarını həddindən artıq qiymətləndirir. Birləşmiş Ərəb Əmirliklərinin də “qara qızıl” hasilatının azaldılmasına isti yanaşmadığı bildirilib.

İstinadlar Report