
“OPEC+” ölkələri bazarda sabitliyə nail olmaq üçün neft hasilatı ilə bağlı qərarlara düzəliş etməyi planlaşdırır.
Bu barədə jurnalistlərə İranın neft naziri Mohsen Paknejad məlumat verib.
“Biz plana düzəliş etməyi planlaşdırırıq. Hazırda bazarda sabitliyi təmin etmək üçün “OPEC+” razılaşmasına daxil olan digər ölkələrlə birlikdə bəzi qərarlar qəbul edəcəyik”, – o qeyd edib.