OPEC+ Nazirlərinin Monitorinq Komitəsi neft hasilatı planını müzakirə etmək üçün Vyanada hibrid iclas başlayıb.

Vyanaya səfər edən BƏƏ-nin energetika naziri Suheil əl-Mazroui jurnalistlərə bildirib ki, OPEC+ qlobal iqtisadiyyatın vəziyyətini qiymətləndirəcək və neft hasilatının səviyyəsi ilə bağlı siyasi deyil, texniki qərar verəcək.

Qeyd edək ki, bu iclasda alyans üzvləri hasilatın gündəlik 1 milyon barel azaldılmasını nəzərdən keçirəcək.

İstinadlar Report