
Ötən gün Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətilə görüşdə bu qurumun istifadə etdiyi bəzi məlumatları yalan adlandırıb.
Azərbaycan prezidenti Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnamənin “münasibətlərimizdə ciddi geriləmə” yaratdığını qeyd edib.
Azərbaycan 24 xəbər verir ki, həmin görüşdə Avropa nümayəndə heyətinə rəhbərlik edən Britaniyadan olan deputat Səyyad Kərim BBC-yə müzakirələr barədə açıqlama verib: “…Onun narazılığı hamıya aydın idi. Amma bizim konstruktiv lakin aydın yanaşmamıza görə o, [bizə] cavab verib və buna görə də irəliləyişlər əldə olunub.
“Hər iki tərəf səmərəli şəkildə onları narahat edən məsələləri qaldırıb və müzakirə edib. Mən şadam ki, bu gün yekun mətn qəbul olunub hansı ki, yenidən birlikdə işləmək üçün yolu açacaq”.