Konstitusiyaya Ermənistanda heç kim əhəmiyyət vermir, çünki insanlar onun işləmədiyini düşünürlər.

Bunu erməni ekspert Onnik C. Krikoryan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin təşkil etdiyi “Azərbaycan-Ermənistan arasında sülh sazişinə başlıca maneə” adlı konfrans çərçivəsində keçirilən “Ermənistan Konstitusiyasının və Qanunlarında Sülh Müqaviləsinə əngəllər” mövzulu paneldə onlayn çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistanın Baş naziri də dəyişiklik, yenilik istəyir, ancaq Konstitusiyaya dəyişiklik Ermənistanda ziddiyyətli məsələdir:

“Nikol Paşinyan insanlara yaxşı təsir edə bilir və onları hazırlayır. Ermənistanın Baş naziri Konstitusiyaya dəyişiklik məsələsini bir neçə dəfə müzakirə edib. Onun özü də bildirib ki, bu məsələ sülhə maneə törədir”.

İstinadlar Report