“Azərbaycanla sülh sazişinin imzalanması 2026-cı il seçkilərində Ermənistanın baş naziri Nikol Paşinyana siyasi dividendlər qazandıra bilər”.

Bunu britaniyalı jurnalist Onnik Krikorian “X” sosial şəbəkəsində İrəvan Ağsaqqallar Şurasına keçirilmiş seçkilərə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, 2026-cı ilə qədər seçiciləri cəlb edə biləcək yeni siyasi qüvvə və ya fiqurun meydana çıxması ehtimalı getdikcə reallaşır: “Azərbaycanla Ermənistan arasında sülh sazişi mümkün qədər tez bir zamanda imzalanmalıdır ki, bununla bağlı dividendlər Ermənistanda növbəti parlament seçkilərində artıq nəzərə çarpsın”.

O əlavə edib ki, bütün bunlar hətta N.Paşinyanın namizədi Tiqran Avinyanın Ermənistan paytaxtının meri olduğu təqdirdə belə, qüvvədədir.

İstinadlar Report