“Sosial şəbəkələrdə təhqirə, söyüşə yol verənlərin birmənalı şəkildə cinayət məsuliyyətinə cəlb edilməsini tələb edirik”.

Bu təkliflə deputat Razi Nurullayev parlamentdə çıxış edib.

Onun sözlərinə görə, həmin şxəslər ağına- bozuna baxmadan hamını ağır şəkildə təhqir edirlər: “Yaydıqları videodan da bu faktlar aydın görünür. Cinayət məsuliyyətinə cəlb edilməlidir. Çoxu da xaricdə fəaliyyət göstərir. Onların həbsi üçün siyasi danışıqlar aparmaq lazımdır”.

İstinadlar Qafqazinfo