Məşhur teleaparıcı Azər Qəribov ANS- in bağlanması barədə fikirlərini bölüşüb.
Azərbaycan 24 onun fikirlərini dəyişlik etmədən təqdim edir:
“Bilmirəm, nə verib baş, pərdəarxası nə səbəblər var, görünür, nəsə ciddi bir məsələdir ki, belə sərt addım atılıb.

Amma verilişi ilk dəfə ANS-də efir üzü görən müəllif kimi heyifsləndim. “Qərib Azər” 4 il orada yayımlandı, yeni dostlar da qazandım, ayaq qazanları da tanıdım, paxıllığın iyrənc üzünü də gördüm, xeirxahlıqla da rastlaşdım, bütövlükdə, yaxşı televiziya məktəbi keçdim ANS-də. Buna görə onlara minnətdaram.

Ümidvaram ki, məsələ öz həllini tapacaq, və artıq brend olmuş bu ad yenə ekranlara qayıdacaq.

Televiziyamızın ümumi səviyəsinin bərbad vəziyətdə olmağına baxmayaraq…”