“Onlar Füzulidən Şuşaya ayaqla gedib çıxdılar” – Video

Xəbər verdiyimiz kimi, Qarabağda işğaldan azad edilmiş tikililərdən birinin divarına yazdığı “Maştağa 1 N-li internat” sözləri ilə hər kəsi təsirləndirən qəhrəman əsgərimiz Elçin Əhmədov internatda böyüyən 3 qardaşdan biridir.
“Təhsil TV” hərbçinin qardaşı Araz Əhmədovla görüşüb. A. Əhmədov qeyd edib ki, müharibənin başlanmasını eşidən kimi özü də, qardaşı da könüllü cəbhəyə yazılıblar.
O bildirib ki, qardaşı döyüşçü yoldaşları ilə bərabər Füzuli istiqamətindən Şuşa ətrafına qədər ayaqla, günlərlə gedib çıxıb: “İnternat uşaqları üçün vətənpərvərlik ayrı mövzudur, onlar vətənə başqa cür bağlı olurlar. Döyüşmək onların hamısına xasdır. Elçin üç övladını evdə qoyub Vətən üçün döyüşə gedib. Belə ordusu olan xalq məğlub ola bilməz!”.
Kəlbəcərdə qəbiristanlıqda 27 ildən sonra azan səsləndirilib – VİDEO

Kəlbəcər rayonundakı qəbiristanlıqda 27 ildən sonra yenidən azan səsləndirilib.
Həmin anlar lentə alınıb.
Videogörüntünü təqdim edirik:
Füzulinin Mirzəcamallı kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Füzuli rayonunun Mirzəcamallı kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
Qaz sayğaclarının uzaq məsafədən oxunmasına başlanıldı – Video

Təbii qaz sayğaclarının uzaq məsafədən oxunma cihazları Azərbaycana gətirilib.
“Azəriqaz”dan verilən məlumata görə, ilkin olaraq bu cihazlar çoxmərtəbəli binaların mənzillərinin çöl eyvanlarında olan qaz sayğaclarında quraşdırılıb. Beləliklə, abonent ilə Birliyin nəzarətçilərinin təması minimuma enəcək və sayğac oxunmalarında operativlik təmin ediləcək.
Bu cihazların alınmasına dair aparılan danışıqların yekunu olaraq Türkiyənin “Atlas sayğac və ölçü cihazları” şirkətinin təkliflərinə üstünlük verilib. Şirkətin rəhbəri Saleh Bakırın rəhbərlik etdiyi nümayəndə heyəti Bakıdadır və test yoxlanışları onların iştirakı ilə icra olunur.
Qeyd edək ki, mexaniki sayğacların göstəricilərinin fiziki olaraq oxunuşu üçün xeyli sayda nəzarətçi işə cəlb olunur. Bu baxımdan işin səmərəliliyinin artırılması məqsədilə, qərara alınıb ki, abonentlərin istifadəsində olan mövcud mexaniki sayğaclara əlavə onlayn nəzarət cihazları yerləşdirilsin.
Radiodalğa ötürücüləri ilə çalışan cihazlar imkan verir ki, uzaq məsafədən nəzarətçi fərdi yaşayış evinə yaxınlaşmadan səyyar terminalla mexaniki sayğacın məlumatlarını bir neçə dəqiqə ərzində oxuyaraq mərkəzi bazaya ötürsün. Mexaniki sayğac öz funksiyasını əvvəlki kimi yerinə yetirir.
Sadəcə qaz axını ilə bağlı məlumatlar paralel olaraq uzaqdan idarəediləcək formada cihazın qeydiyyatına düşür. Bu cihazlar fiziki müdaxilə olmadan uzaqdan idarəetmə ilə borclu abonentin mexaniki sayğacının klapanının bağlanmasına da şərait yaradır.
Onlayn nəzarət cihazları mexaniki sayğacların göstəricilərinin ilin sonunda tam vaxtında oxunmasını təmin edəcək. Yəni aşağı tarifli güzəştli limitlə bağlı keçid dövrünü smart-kart tipli sayğaclarda olduğu kimi mexaniki sayğaclarda da eyni vaxtda – hər il dekabrın 31-də tənzimləmək üçün şans yaranır.
Kəlbəcərin Hacıkənd kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Kəlbəcər rayonunun Hacıkənd kəndindən video yayıb.
“Qafqazinfo” həmin görüntüləri təqdim edir:
Talış və Suqovuşan minadan təmizlənir – VİDEO

İşğaldan azad edilən ərazilərdə mina və partlamamış hərbi sursatların təmizlənməsi əməliyyatları sürətlə davam etdirilir.
Talış və Suqovuşan istiqamətində aparılan ilkin təmizləmə əməliyyatları əsasən kommunikasiya xətlərinin keçəcəyi yerləri əhatə edir.
Minatəmizləmə əməliyyatları ilkin olaraq kommunikasiya xətlərinin keçəcəyi yerlərdə aparılır. İşğal müddətində ermənilər geniş bir ərazini minalayıblar. Vətən müharibəsi başlayandan həmin ərazilər də daxil olmaqla, işğaldan azad edilən bölgələrdə təmizləmə əməliyyatlarına start verilib.
İşğaldan azad olunan Talış və Suqovuşan istiqamətində ərazilərin minalardan təmizlənməsi prosesi davam edir. Bu vaxta qədər aparılan işlər nəticəsində tank və piyada əleyhinə mina, top və minaatan mərmiləri tapılaraq zərərsizləşdirilib.
Basdırılan minalarla yanaşı, ərazi həm də Vətən müharibəsi zamanı ermənilərin atdığı xeyli sayda partlamamış artileriya mərmilərilə çirklənib. Təmizlənmə əməliyyatları yüksək peşəkarlıqla davam etdirilir. Minatəmizləmə əməliyyatlarının ilkin mərhələsində əsasən kommunikasiya xətlərinin keçəcəyi yerlər, yol və su kanalları təmizlənir. Bunlardan biri də Talış kəndinə gedən yol və Tərtərin bir neçə kəndini Suqovuşan su anbarıyla təmin edən beton kanallardır. İndiyə qədər bu ərazilərdən xeyli sayda partlamamış hərbi sursatlar tapılaraq zərərsizləşdirilib.
Əsas strateji əhəmiyyətli xətlərin keçəcəyi yerlər tam təmizləndikdən sonra təmizləmə əməliyyatları geniş sahələrdə aparılacaq.
Prezident Şuşaya elektrik xətti çəkilişindən danışdı – Video

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın Şuşaya səfərləri zamanı dövlət başçısı Füzulidən Şuşaya çəkilən elektrik xəttindən də danışıb.
Prezident bildirib ki, Şuşanın işıqlandırılması və ümumiyyətlə, şəhərin inkişafı üçün yeni xətt mütləq inşa edilməli idi:
“Qısa zaman ərzində ağır relyefi olan ərazidə bu dirəklər qoyulub. Bu onu göstərir ki, yaxın zamanda Şuşaya həyat qayıdacaq”.
Qeyd edək ki, elektrik xətti 75 km məsafədə çəkilir və 110 kV-luq ikidövrəli yüksəkgərginliklidir.
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək – Video

Bakıda Vətən müharibəsi memorial kompleksinin tikintisinə başlanılıb.
Hazırda Xətai rayonu, Ağ şəhərin yaxınlığına Yeni Bulvara bitişik ərazidə açıq havada muzeyin yaradılması üçün işlərə başlanılıb.
Bu muzeydə Vətən Müharibəsi zamanı Azərbaycan Ordusu tərəfindən hərbi qənimət kimi ələ keçirilən və qismən məhv edilən erməni silahlı qüvvələrinə aid texnikalar nümayiş olunacaq.
Qeyd edək ki, Prezident İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli 2316 nömrəli sərəncamı ilə Bakı şəhərində Vətən müharibəsi memorial kompleksi və Zəfər muzeyinin yaradılmasına qərar verilib. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən, Zəfər muzeyinin məzmununun hazırlanması və bununla bağlı İşçi qrupunun yaradılması Mədəniyyət Nazirliyinə həvalə edilib.
Video: Nuran Məmmədov
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – VİDEO

“Keçmiş raykomun binasıdır. Mənfur düşmən özü üçün burada “meriya” adlı bir qurum “yaratmışdı”. Bu, Şuşa şəhərinin xunta başçısının qəbul otağı olub. Bu da qondarma, keçmiş, batmış, gorbagor olmuş “Dağlıq Qarabağ respublikası”nın “Şuşi” şəhərinin “icra başçısı”nın otağı idi. “Şuşi” yox, Şuşa! Unutmasınlar, dəmir yumruq yerindədir!”
Bunu Şuşa rayon İcra Hakimiyyətinin inzibati binasında olan Azərbaycan Prezidenti İlham Əliyev söyləyib.
Ermənilərin Şuşanı tərk edərkən inzibati binalarda talançılığına toxunan ölkə başçısı bunları söyləyib:
“Kondisioneri söküb aparıblar. Şuşadan qaçanda, o qaçaqaçda vaxt tapıb kondisioneri də aparıblar o oğrular”.
Prezidentin Şuşa səfərindən – Video

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev yanvarın 14-də Şuşaya səfər edib.
“Qafqazinfo” səfərdən videonu təqdim edir:
Prezident Şuşanı maşınla gəzdi – Video

Bu gün Şuşa şəhərinə səfər edən Prezident İlham Əliyev avtomobillə şəhərin küçələrini gəzib.
Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva instaqram hesabında növbəti video yayıb.
Karantində işləyən kafelərdə 30-a yaxın müştəri cərimələndi – Video

Bakıda və Tərtərdə karantin qaydalarını pozaraq müştərilərə yerində xidmət göstərən kafelər aşkar edilib.
Suraxanı rayonu Yeni Günəşli qəsəbəsində “Azad” və “Çinar”adlı kafelərdə müştərilərə yerində xidmət göstərildiyini və karantin rejiminə əməl edilmədiyini aşkarlayıblar.
Obyektlərin fəaliyyəti dərhal polislər tərəfindən dayandırılıb. Ora baxış zamanı “Azad” kafesinin icarədarı Şərafət Hacıev və “Çinar” kafesinin sahibi Tural Mirzəyev saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada inzibati protokollar tərtib edilib.
Həmçinin hər iki kafedə olan ümumilikdə 26 nəfər müştəri barəsində inzibati qaydada tədbirlər görülərək hər biri cərimə edilib və həmin şəxslərlə profilaktik söhbətlər aparılıb.
Tərtər rayon ərazisində də karantin qaydalarına zidd olaraq müştərilərə yerində xidmət göstərən kafe aşkar edilib. Kafenin icarədarı Habil Ağayevin barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə edilib, müştərilərə isə ciddi xəbərdarlıqlar olunub.
Prezident “Şuşi” adını görüb əsəbiləşdi – Video

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva bu gün Şuşaya səfərləri zamanı şəhəri gəzərək tarixi abidələrə baş çəkiblər.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, Prezident şəhərdə yerləşən bir binanın üzərində ermənilər tərəfindən yazılan “Şuşi Plaza Hotel” yazısını oxuyaraq “Şuşi adlı şəhər yoxdu, Şuşa var” deyərək reaksiya verib.
Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – Video

Ermənistan Milli Təhlükəsizlik Xidməti Qarabağdan avtomat və digər silahların qaçaqmalçılığı ilə məşğul olan qrupu ifşa edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan MTX-nin Mətbuat xidməti məlumat yayıb. Silah qaçaqmalçılığı ilə məşğul olan qrupun başında İrəvan sakini S. B. adlı şəxsin olduğu bildirilib.
O, sentyabrın 27-də Qarabağda hərbi əməliyyatlar başladıqdan sonra könüllü olaraq Qarabağa gedib. Daha sonra bir qrup şəxslə əlbir olaraq, silahları qanunsuz şəkildə mənimsəyərək İrəvandakı mənzilinə daşıyıb. Noyabrın başlanğıcında isə sözügedən şəxs silahları 500-600 dollara satmağa hazırlaşıb.
Axtarış zamanı onun mənzilində pulemyot, patron və digər döyüş sursatları tapılıb. Daha sonra isə, Sünik bölgəsinin Tex kəndində İrəvana qanunsuz daşınması və satışı üçün nəzərdə tutulmuş silahların saxlandığı anbarlar tapılıb.
Anbardan ümumilikdə 43 ədəd “Kalaşnikov” avtomatı, 7.62 çaplı 280 patron, 23 qutu 5.45 patron, optik nişanalma binoklları və bir qrant aşkarlanaraq götürülüb.
İlham Əliyev Xocavəndə də getdi – Video

Bu gün işğaldan azad edilmiş torpaqlarımıza səfər edən Azərbaycan Prezidenti İlham Əliyev Xocavənd rayonunda da olub.
Bu barədə birinci vitse-prezident Mehriban Əliyeva sosial şəbəkə hesabında video paylaşıb. Prezident çıxışında Xocavəndin Böyük Tağlar kəndinin ərazisində olduğunu qeyd edib:
“Bura Azərbaycandır. Xocavənd rayonu. Böyük Tağlar kəndinin ərazisi. Gözəldir bizim ölkəmiz. Bütün bu ərazini işğalçılardan qəhrəman Azərbaycan ordusu azad edib”.
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər – VİDEO

Müdafiə Nazirliyi Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndindən videogörüntülər yayımlayıb.
“Report” həmin görüntüləri təqdim edir:
“Buradan Şuşaya rahat gedə biləcəklər” – Video

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun 27-ci kilometrində Füzuli-Şuşa yolunun, həmçinin Füzuli rayonunda hava limanının təməlini qoyub.
Bununla bağlı birinci xanım Mehriban Əliyeva da paylaşım edib. Paylaşılan videoda dövlət başçısı hava limanı haqda danışıb:
“Füzuli beynəlxalq hava limanının təməlini qoyduq. Bu il Füzuli beynəlxalq hava limanı istifadəyə verilməlidir. Hər halda uçuş-enmə zolağı istifadəyə verilməlidir ki, bu ildən başlayaraq xarici vətəndaşlar və xaricdə yaşayan azərbaycanlılar Şuşaya rahat təyyarə ilə gələ bilsinlər. Bununla paralel olaraq göstəriş verildi ki, Füzuli beynəlxalq hava limanından beynəlxalq uçuşların təşkil edilməsi istiqamətində də işlərə start verilsin. Eyni zamanda, Azərbaycanın digər şəhərlərindən Şuşaya getmək üçün bura gəlib, buradan rahat gedə bilərlər. Lənkərandan, Naxçıvandan, Gəncədən və digər bizim şəhərlərimizdən.
İndi isə istiqamət Şuşa şəhəri. Yol boyunca əlavə məlumat veriləcək”.
Həmçinin baxın
Ermənilərdən qənimət götürdüyümüz texnikalar burada göstəriləcək – Video
İlham Əliyev: “Bu oğrular qaçaqaçda kondisioneri də söküb aparıblar” – VİDEO
Qarabağdan qaçaqmalçılıqla İrəvana silah-sursat keçirən qrup ifşa olundu – Video
Kontakt.az ölkənin ən çox ziyarət olunan elektron ticarət platforması seçilib – Video
Cavanşir Feyziyev: Ermənistan bütün cəbhələrdə Azərbaycana açıq-aşkar uduzur – VİDEO
MN: Azad edilmiş ərazilərdəki bölmələrin mühəndis təminatı üzrə tədbirlər görülür – VİDEO
Bu mobil tətbiqlə sosial müdafiə hüquqlarınızı öyrənə bilərsiniz – Video
Bizi Facebook-da izləyirsiniz?
Bağla