“Sağlamlıq problem olması ilə bağlı seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün yaşadıqları yerə səyyar seçki qutusu aparılacaq”.

Bunu MSK-da keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Oqtay Kərimov, həmçinin qeyd edib ki, seçki günü Daxili İşlər Nazirliyinin (DİN) müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq:

“Milli Məclisə seçkilərdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyəti istiqamətində təxirəsalınmaz hazırlıq işləri davam etdirilir. Belə ki, ölkədə qeydiyyatda olan, eləcə də ölkədən kənarda yaşayan və ya işləmək üçün xaricə gedənlərin siyahısı da müəyyənləşdirilir”.

Fidan Etibar

İstinadlar Qafqazinfo