Fövqəladə Hallar Nazirliyinin bir qrup hərbi qulluqçusu Bakıda İkinci Şəhidlər xiyabanını ziyarət edib.

Bu barədə FHN məlumat yayıb.

Məlumata əsasən, Zəfər Günü münasibətilə İkinci Şəhidlər xiyabanına gələn hərbi qulluqçular ölkəmizin ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının məzarları üzərinə tər çiçəklər düzüb, əziz xatirələrini ehtiramla yad ediblər.



İstinadlar Qafqazinfo