“OnePlus” şirkəti “Snapdragon 750G” prosessoru, 64 meqapikselli kamera və 4500 milliamper/saat tutumlu akkumulyatorlar təchiz edilən yeni ucuz “Nord CE 5G” smartfonunu rəsmən təqdim edib.

“ICTnews” Elektron Xəbər Xidməti “Digger.”OnePlus Nord CE 5G” smartfonu “FHD ” təsvir ölçülü, 90 giqahers yeniləmə tezlikli və sol yuxarı küncdə 16 meqapikselli ön kamera üçün kəsiyə malik 6,43 düymlük “AMOLED” ekranla təchiz edilib. Barmaq izi skaneri ekran altında yerləşir.

Arxa panelə 64 meqapikselli ƒ/1.8 diafraqmalı əsas, 119 dərəcə baxış bucaqlı 8 meqapikselli enlibucaqlı və 2 meqapikselli dərinlik sensoru olmaqla üç kamera quraşdırılıb.

Smartfon “Snapdragon 750G” prosessoru, 6/8/12 giqabaytlıq operativ və 128/256 giqabaytlıq quraşdırılmış yaddaşla təchiz olunub. Bundan başqa, yeni qurğu 30 vatt gücündə sürətli enerjidoldurmanı dəstəkləyən 4500 milliamper/saat tutumlu akkumulyator və qulaqcıq üçün 3,5 millimetrlik çıxışa malikdir.

“OnePlus Nord CE 5G” smartfonunun 6/128 giqabaytlıq versiyasının qiyməti 299 avro, 8/128 giqabaytlığın 329 avro, 12/256 giqabaytlığın isə 399 avro təşkil edir.

Nizam Nuriyev

İstinadlar ict news