Meyxanaçı Aqşin Fateh “Hər şey daxil” verilişinin növbəti qonağı olub.

Efir zamanı meyxanaçı Rasim Balayevin Fərda, Elməddin, Müşviq kimi cavan aktyorlar haqda “Onlara baxmıram, onlar antisanitariyadırlar. Efiri bu antisanitariya bürüyüb. Dərd odur ki, onlar meymunluğu sənətlə səhv salıblar” fikrinə haqq qazandırıb:

“Rasim Balayev bu millətin ağrı acısı ilə hərtərəfli tanış olan insandır. Onun o qədər böyük sənəti var ki, o sözü deməyə haqqı var. Bu gün Azərbaycanda ciddi film çəkilmir, insanlar getmir filmə”

Aparıcı Tarix Əliyev (Tolik) isə onun sözünü kəsərək aktyoru tənqid edib:

“Heç kəsin kiməsə “meymunluq edir” deməyə haqqı yoxdur. Mənə çıxıb hansısa sənətkar “meymunluq edir” desə,ona  elə cavab verərəm ki, yeddi qatından keçər! Şəxsiyyəti təhqir etmək olmaz. Sən düz danışmırsan. Rasim Balayev gəlsin kino çəksin görüm, gedəcəklər?”

İstinadlar Y/sabah