Ramazan ayının başlanma tarixi məlum olub. 

Bu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının üzvü hacı Surxay Məmmədli məlumat verib.

O bildirib ki, martın 11-dən etibarən Ramazan ayı başlayır. Qədr gecələri 28, 30 mart, 1 və 5 aprelə təsadüf edəcək.

Bu il Ramazan bayramının aprelin 10-11-nə təsadüf edəcəyi gözlənilir.



İstinadlar Qafqazinfo