Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin ötəngünkü sərəncamları ilə İntiqam Babayev və İsmayıl İsmayılov gənclər və idman nazirinin müavini vəzifəsindən azad ediliblər.
İsmayıl İsmayılov açıqlamasında bildirib ki, sözügedən sərəncam onun üçün gözlənilməz olub: “Buna baxmayaraq, mən ömrümün sonunadək Prezidentimizin quluyam. Ölkə başçısının yolunda hər şeyə hazıram. 15 il nazir müavini postunda oldum.

Keçmiş nazir müavini bundan sonra hansı işlərlə məşğul olacağından da danışıb: “Pedoqoji elmlər namizədi alimlik dərəcəsinə və Professor elmi adına layiq görülmüşəm. Bundan sonra elmi işlərlə məşğul olacağam”.

Xatırladaq ki, dövlət başçısının digər sərəncamları ilə İndira Niyazi qızı Hacıyeva və Mariana Toteva Vasileva Azərbaycan gənclər və idman nazirinin müavini vəzifələrinə təyin ediliblər.

İstinadlar Qaynarinfo