“Türkiyə İsveç və Finlandiyanın terrorla mübarizədə real addımlar atmasını gözləyir”.

Bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəsmi nümayəndəsi Ömər Çelik jurnalistlərə deyib.

Çelik qeyd edib ki, Ankara sözünün üstündə durmayan çoxlu Qərb müttəfiqləri görüb.

“Türkiyə terrorla mübarizədə real addımları görəndə İsveç və Finlandiyanın NATO-ya qəbulunu təsdiq edəcək”, – Çelik bildirib.

İyunun 28-də Madriddə NATO sammiti başlamazdan əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan, Finlandiya prezidenti Sauli Niinistö, o vaxt İsveçin baş naziri Maqdalena Andersson və NATO-nun baş katibi Yens Stoltenberq arasında danışıqlar aparılıb. Stokholm və Helsinkinin NATO-ya daxil olmasına icazə verən memorandum imzalanıb.

İstinadlar Report