“Azərbaycan dünyada dezinformasiyadan ən çox əziyyət çəkən ölkələrdən biridir”.

Bunu Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Moldovanın Xalq Müdafiəçisi (Ombudsman) Aparatının 25-ci ildönümünə həsr olunmuş “Müasir cəmiyyətlərdə mövcud olan yeni çağırışlar kontekstində insan hüquqlarının müdafiəsi və təbliği” mövzusunda beynəlxalq konfransda deyib.

Ombudsman Ermənistan hərbi-siyasi rəhbərliyi tərəfindən uzun illər aparılan nifrət siyasətinin sülhə ciddi təhdid yaratdığını və insan hüquqlarının pozulmasına səbəb olduğunu qeyd edib. Həmçinin Azərbaycana qarşı etnik nifrət zəminində aparılan siyasətinin nəticəsi olaraq Ermənistan hakimiyyətinin sosial mediada davamlı şəkildə xalqlar arasında düşmənçilik hissi aşılayan mənfi təbliğat kampaniyası apardığı diqqətə çatdırılıb.

İstinadlar Report