Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı rəhbərinin müavini Rəşid Rumzadə Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin region üçün ciddi təhlükə olduğunu bildirib.

O, dekabrın 6-da Bakıda keçirilən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin təşkilatçılığı ilə “Dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün sağlam ətraf mühit və minasız həyat” adlı Beynəlxalq Bakı Forumunda çıxışı zamanı bu gün 70-dən çox ölkənin mina terrorundan əziyyət çəkdiyini deyib.

İstinadlar Report