Fransa öz öhdəliklərinə riayət və hörmət etmir. Bu dövlət konstitusiyada dəyişikliklər etməyə çalışır ki, gələn il baş tutacaq seçkilərə təsir edə bilsin və Yeni Kaledoniyada minlərlə insan Fransanın xeyrinə səs versin.
Bunu Yeni Kaledoniya senatının İnfrastruktur, Ərazi Planlaşdırılması, Davamlı İnkişaf, Energetika, Nəqliyyat və Rabitə Komitəsinin sədri Omayra Naiselin aprelin 18-də Azərbaycan parlamentində keçirilən mətbuat konfransında deyib.
“Fransa Yeni Kaledoniya xalqının öz müqəddəratını özünün təyin etməsi və müstəqil olması üçün dəstək göstərməliydi, ancaq bu gün Fransa çalışır ki, konstitutsiyasında dəyişiklik edərək azlıqların təsirini azaltsın. Onların seçki qanunvericiliyinə müdaxiləsi xalqımızın xeyrinə deyil, stabillik və demokratiyaya mənfi təsir göstərə bilər”, – o vurğulayıb.