ABŞ-İran danışıqlarının ikinci mərhələsi aprelin 19-da İtaliyanın paytaxtı Romada keçiriləcək.

Bu barədə Omanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“Tehranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının aradan qaldırılması üçün Romada danışıqların ikinci raundu keçiriləcək. Danışıqların məqsədi ədalətli, məcburi və davamlı razılaşmaya doğru irəliləyişə nail olmaqdır”, – bəyanatda deyilir.

İstinadlar Report