Asiya Parlament Assambleyasına iki dövlətin qəbul edilməsi müzakirə olunub.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasının açılış mərasimində deyib.

O qeyd edib ki, Oman Sultanlığının APA-ya tamhüquqlu üzv qəbulu, Belarusun isə müşahidəçi statusunda iştirakı haqqında ötən gün müraciət alınıb.

“Ümid edirəm, bu müraciətlərə müsbət cavab veriləcək”, – deyə Sahibə Qafarova əlavə edib.

İstinadlar Report