ABŞ və İran arasında danışıqların dördüncü raundunun yerini İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli prosesində vasitəçilik edən Oman hakimiyyəti elan edəcək.

Bunu İranın xarici işlər naziri Abbas Əraqçi ölkənin dövlət televiziyasına açıqlamasında deyib.

“Növbəti raund çox güman ki, şənbə günü baş tutacaq. Oman hökuməti bütün təfərrüatlarla məşğuldur. Onlar bütün məlumatları, o cümlədən danışıqların yerini hər iki tərəfə çatdıracaqlar”, – XİN rəhbəri bildirib.

İstinadlar Report