Məşhur iranlı reper Tumac Salehin ölüm cəzası ləğv edilib.

Bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, qərarı İran İnqilab Məhkəməsi verib. Lakin Saleh 6 il həbsdə qalacaq. 

Qeyd edək ki, Saleh musiqiçi Məhsa Əmininin polis şöbəsində ölümündən sonra başlayan etirazları dəstəklədiyi üçün saxlanılıb. Lakin o, korrupsiyada və onu təbliğ etməkdə günahlandırılıb. 

İstinadlar Qafqazinfo