Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deputat həmkarı Qüdrət Həsənquliyevin ölkədə vaksinasiyasının aşağı olması barədə fikrinə münasibət bildirib. 

Komitə sədri deyib ki, ölkədə peyvəndlənmənin aşağı olması haqda mləumat həqiqətə uyğun deyil: 

“MDB ölkələrində peyvəndləmə prosesindəki rəqəmlər bizdəki rəqəmlərdən bir neçə dəfə azdır. Halbuki bu ölkələr özləri vaksin istehsal edirlər. Rusiyada peyvəndləmənin səviyyəsi bizdən 2-3 dəfə aşağıdır. Bu gün ölkəmizdə peyvənd olunmuş insanların sayı yüksəkdir. 

Biz də istərdik ki, vaksinləşmə daha sürətlə getsin. Bu məqsədlə daha iki vaksin ölkəyə gətirilib. Aşağı olan rəqəmlər istirahət günüylə bağlıdır. Həmin gün səhiyyə müəssiələri, ictimai nəqliyyat işləmir. Buna görə də istirahət günlərində peyvəndlənmə prosesi yüksək olmur”.

İstinadlar Qafqazinfo