Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 31 vaksin vurulub.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci doza üzrə 11, ikinci doza üzrə 8 vaksin vurulub. Üç və daha çox doza üzrə vaksinasiya olunanlar sayı 10 nəfərdir. Həmçinin pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 2 nəfər təşkil edib.

İstinadlar Qafqazinfo