
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1 427 vaksin vurulub.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 220, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 130, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 958, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 119 nəfərdir.