Rio olimpiadasının açılış mərasiminin teleyayımı qalmaqala səbəb olub.
Azərbaycan 24 xəbər verir ki, komandaların keçidi zamanı titr xəritədə Krım Ukraynanın tərkib hissəsi kimi göstərilib. Rusiyanın keçidi zamanı isə xəritədə Krım əks olunmayıb. Bu isə Rusiyada böyük etirazla qarşılanıb.
Qeyd edək ki, Krım beynəlxalq səviyyədə Ukrayna ərazisi olsa da Rusiya tərəfindən ilhaq edilib.