Ukraynadakı Azərbaycan diasporunun rəhbərlərindən biri olan və kriminal dairələrdə “Oleq Bakinski” kimi tanınan Oleq Krapivin Bakıda Mütəşəkil Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.

Məlumatı DİN-in Mətbuat Xidmətidən təsdiqləyiblər.

Qeyd olunub ki, “Oleq Bakinski” törətdiyi cinayət əməlinə görə həbs edilib, barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Polis əməkdaşları tərəfindən cinayət işi üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir. Əlavə məlumat veriləcəkdir”.

Qeyd edək ki, “Oleq Bakinski”nin həbs olunması barədə ilk məlumatı Azinform-az saytı yayıb.

İstinadlar Qafqazinfo